Bayraqdar.info – “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. Bu barədə verilən məlumata görə, ağır yaralanan daha 12 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
“YAŞAT” Fondu qazilərimiz Ələkbərov İlkin Elçin oğlu, Atakişiyev Yusif Fariz oğlu, Kazımov Kənan Çinar oğlu, Eyvazov Səbuhi Rahim oğlu, Seyfullayev Havil Səyədullah oğlu, Osmanov Zamir Şakir oğlu, Quliyev Şahmar Anar oğlu, Abdullayev Pərvin Dövlət oğlu, Əliyev Arzu Könül oğlu, Məmmədkərimov Nicat Əfsun oğlu, Musayev Bəhman Natiq oğlu və Hüseynov Ülvi Məsum oğlunun müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Bu barədə verilən məlumatda o da bildirilir ki, Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, Fond bundan öncə 51 qazimizi müalicə üçün Türkiyəyə göndərmişdi. Onlardan 7-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.