Bayraqdar.info – Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 20-də axşama doğru ölkəsinin xalqına “təhlükəsizlik durumuyla bağlı” müraciət edib.
Bu haqda xəbəri V.Zelenskinin ofisindən veriblər.
Ukrayna Prezidenti müraciətinə, “bəzən elə anlar olur ki, siz açıq danışmalı olursunuz” sözlərilə başlayıb.
V.Zelenski daha sonra bildirib ki, “bizim hamımız Ukraynanı narahat edən məsələlərə köklənməliyik”. O, “dinindən, dilindən, kənddə və ya şəhərdə yaşamasından, oruc tutmasından, xaç və ya Davud Ulduzu daşımasından asılı olmayaraq” hamıya müraciət edib.
“Bizim hamımız anlamalıyıq ki, nə baş verir və biz nə etməliyik. Bu gün nə baş verir? Bəs sabah nə baş verəcək?” – deyə V.Zelenski sual edib.
Bu gündən başlayan Ukrayna Prezidendti qeyd edib ki, ölkəsinin sərhədlərində “böyük sayda rus hərbi qüvvələri cəmləşib. Rusiya bunu təlim kimi təqdim edir. Qeyri-rəsmi olaraq bütün dünya bunu aldatmaca kimi qəbul edir. Bu bizi rahatsız edirmi? Əlbəttə. Ukrayna və onun tərəfdarları o orduların sərhədlərimizdən uzaqlaşdırılmasını tələb edirmi? Əlbəttə. Bütün bunlardan sonra Rusiya sülh istədiyini davamlı şəkildə təkrarlayır. Lakin eyni zamanda qarşıdurma üçün geniş şərait yaradır”.
Burada bir məntiqin olmadığını da qeyd edən V.Zelenski daha sonra deyib ki, ölkəsi savaş istəmir. O, əlavə edib ki, bununla belə savaşa da hazırdırlar. “Ukrayna heç vaxt diplomatiya yoluyla sülh davasından vaz keçməyəcək. Gərək olduğunda özümüzü müdafiə edəcəyikmi? Hər zaman”, – deyə Ukrayna Prezidenti bildirib.
O, qeyd edib ki, Ukrayna savaşı ilk başlayan tərəf olan deyil. Lakin sonuncu şəxsinə qədər mövqeyində dayanacaq.
Prezident daha sonra diqqəti saxta xəbərçiliyə çəkib və bildirib ki, sinirlərimizə hakim olmalıyıq. “Etibarlı” mənbələrin internet üzərindən yaydığı şayiələrə uymamaq lazımdır.
O, Facebook və Twitter qəhrəmanı olan, dərhal savaşa başlamaq üçün çağırışlar edən siyasətçilərə inanmamağa çağırıb.
Ukrayna Prezidenti əlavə edib ki, ölkəsi heç nədən qorxmalı deyil. Çünki 2021-ci ilin Ukraynası 2014-ün Ukraynasından çox fərqlidir.
“Ukrayna xəyallarla yaşamır, biz kiminlə çiyin-çiyinə olacağımızı, əsl dostlarımızı bilirik”, – deyən V.Zelenski ötən həftə iki gün cəbhədə keçirdiyi vaxta da diqqət yetirib.
Ölkəsində gərəkli canlı qüvvənin və yetərincə mütəxəssislərin də olduğunu deyən Ukrayna Prezidenti məhz buna görə heç nədən qorxmadıqlarını bildirib.
Eyni zamanda bildirib ki, beynəlxalq tərəfdaşlarının ciddi dəstəyinə də sahibdirlər. O, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Türkiyə, Avropa Şurası və NATO ilə danışdığını, onların hamısının Ukraynanın tərəfində olduğunu vurğulayıb. Prezident deyib ki, bu ölkələr və qurumlar bizə maliyyə dəstəyi təmin etməyə, eyni zamanda Rusiyaya sanksiyalar tətbiq etməyə hazırdır.
Ölkəsini Avropa üçün qalxan adlandıran V.Zelenski daha sonra deyib: “Rusiya Prezidenti bir dəfə deyib ki, əgər savaş qaçılmazdırsa, sən birinci hücum etməlisən. Lakin mənə görə, bu gün hər bir lider anlamalıdır ki, indiki şəraitdə savaş milyonlarla insanın həyatı deməkdir. Savaşda bütün tərəflər uduzur. Və sən hücum edərək kimisə qoruya bilməzsən. Və işğal yoluyla kimisə azad etmək mümkün deyil”.
“Ukrayna və Rusiya ortaq keçmişimizə baxmayaraq gələcəyə fərqli baxır. Biz kimiksə, oyuq. Siz də kimsinizsə, osunuz. Lakin bu heç də problem olmalı deyil. Bu, imkan olmalıdır. Ən əsası da nə qədər ki, gec deyil gələcək hərbi itkilərin ölümcül hesabını dayandırmaq üçün imkan”, – deyə Ukrayna Prezidenti bildirib.
Sonda Rusiya ilə anlaşmaqda çətinliyin ortaya çıxdığını deyən V.Zelenski Prezident Vladimir Putinə müraciətlə onu savaşın getdiyi Donbasın istənilən yerində görüşə dəvət edib.