Bayraqdar.info – Aprelin 20-də Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin və Ağdaş Dövlət Humanitar Kollecinin birgə təşkilatçılığı ilə “Şəxsiyyətin inkişafında ailə modelinin rolu” mövzusunda onlayn seminar keçirilib.
Bu barədə məlumatı aprelin 21-də Gənclər və İdman Nazirliyi yayıb.
Məlumatda deyilir ki, psixoloq Mədinə Quliyeva ailə modelləri və onların xüsusiyyətləri haqqında ətraflı məlumat verib. Valideyn-övlad münasibətlərindən, ailədə yaranan gərginliklərdən bəhs edən Mədinə Quliyeva onun həll yollarını nümunələrlə izah edib.
Seminarda həmçinin valideynlərin uşağın səmərəli vaxt keçirməsinə və fikirlərini sərbəst ifadə etməsinə şərait yaratması, onlara mənəvi dəstək olması kimi məsələlər müzakirə olunub.
Sonda psixoloq iştirakçıları maraqlandıran sualları cavablandırıb.