Press "Enter" to skip to content

“Məişət zorakılığının qarşçısını necə alaq?” – SORĞU

Bayraqdar.info – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığı ilə bağlı sorğu keçirir. Komitədən verilən məlumata görə, məişət zorakılığı başqalarına müxtəlif məcburetmə formalarının tətbiq edilməsi kimi başa düşülür. Məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə qohum olan ailə üzvlərinin, birgə yaşadığı hallarda digər qohumlarının, nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvadın və ya himayəçi təyin edilmiş fiziki şəxslərin və qanuni nikahda olmadan birgə yaşayan kişi və qadın, habelə onlarla birgə yaşayan yaxın qohumların birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır.

Məişət zorakılığı özünü fiziki, psixi, iqtisadi və cins müstəvidə göstərir.

“Fiziki zorakılıq birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığa zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırmasıdır.

Psixi zorakılıq birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlik hərəkətlərdir.

İqtisadi xarakterli zorakılıq birinin digərini onun mülkiyyətində və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına aid məsələdir.

Cinsi zorakılıq birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsidir”, – deyə qurumun açıqlamasında bildirilir.

Mission News Theme by Compete Themes.