Press "Enter" to skip to content

Azərbaycan Kuboku uğrunda yarımfinal mərhələsi başlayır

Son yeniləmə: 21 Aprel 2021 11:51

Bayraqdar.info – Aprelin 21-də futbol üzrə Azərbaycan Kubokunda yarımfinal oyunları başlayır.

Peşəkar Futbol Liqasından verilən məlumatda bildirilir ki, günün ilk matçı “ASK Arena”da “Keşlə” və “Zirə” komandaları arasında olacaq. Kamal Umudlunun idarə edəcəyi qarşılaşma saat 18:30-da başlayacaq. Qeyd edilir ki, klublar indiyədək kubokda üz-üzə gəlməyiblər.

Yarımfinalın digər oyununda isə “Qarabağ” Sumqayıtda eyniadlı komanda ilə qarşılaşacaq. Kollektivlərin indiyədək ölkə kubokunda yolları 4 dəfə kəsişib. Ümumilikdə, 7 oyunun 6-sı qonaqların, 1-i isə meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Topların fərqi də “köhlən atlar”ın xeyrinədir – 22:6. Sumqayıtlılar öz meydanındakı hər üç oyunda qol vurub. “Qarabağ” isə evdəki 4 matçın hamısında qalib gəlib.

Azərbaycan Kuboku, yarımfinal

İlk oyunlar

18:30. “Keşlə” – “Zirə”
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Kamran Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”.

20:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Zeynal Zeynalov, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 29-da oynanılacaq.

Mission News Theme by Compete Themes.