Press "Enter" to skip to content

119 saylı marşrut da “Bakikart”-a keçir

Bayraqdar.info – Aprelin 23-dən Bakıda 119 nömrəli marşrut xətti (“Memar Əcəmi” metro stansiyası – Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Bununla da gün ərzində orta hesabla 20.000 nəfərdən artıq sərnişinin rahat daşınması təmin olunacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

“Bütün digər xidmət sahələrində olduğu kimi sərnişindaşımalarda da nağdsız hesablaşmaların tətbiqi prioritet məsələlərdəndir. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 53 faizi nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 600 min nəfərə yaxın sərnişin (ümumi sərnişinlərin 33 faizi) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir”, – deyə məlumatda bildirilir.

Bayraqdar.info: Açığı, adi bir marşrut xəttində nağdsız ödəməyə keçidin belə təqdim edilməsi bir daha göstərir ki, bu sahədə işlər hələ uzun müddət yolunda getməyəcək. 21-ci yüzildə, yeni texnologiyaların ultra sürətlə inkişaf etdiyi və tətbiq olunduğu bir dövrdə BNA-nın adi bir ödəmə kartını illərdir tam olaraq tətbiq edib başa çatdıra bilməməsi bir daha göstərir ki, bu sahənin idarəetməsində çox ciddi qüsurlar var.

Hələ onu da əlavə edək ki, BNA uzun müddətdir Bakı şəhərində parklanma məsələsini də həll etməyi bacara bilmir. Hansısa təsadüfi adamlar günün günorta çağında yolların qırağında qanunsuz olaraq hər kəsin gözü qarşısında parklanma xidməti göstərir, pul toplayır. Lakin BNA bu məsələni də sanki görmür, yaxud da görür, özünə bəlli olan səbəblərdən gərəkli tədbirləri təmin etmir.

Mission News Theme by Compete Themes.