Bayraqdar.info – Türkiyə Xarici İşlər Nazirliyi aprelin 24-də başlayıb mayın 4-dək davam etməsi nəzərdə tutulan Əfqanıstan Barış Sürəci İstanbul Konfransının ertələndiyini bildirib.
Bu haqda xəbər adı çəkilən qurumdan daxil olub.
Xəbərdə deyilir: “Əfqanıstanda ədalətli və qalıcı bir barışın təsisi və keçdiyimiz sentyabr ayında Dohada başlayan müzakirələri sürətləndirmək amacıyla Türkiyə, Qatar və BMT-nin həmtəşkilatçılığında 24 aprel – 4 may 2021-ci il tarixləri arasında İstanbulda Əfqanıstan İslam Cümhuriyyəti və Taliban təmsilçilərinin qatılımıyla yüksək düzeyli bir konfrans gerçəkləşdirilməsi planlanmışdı.
Son gəlişmələr işığında və tərəflərlə keçirilən əhatəli məsləhətləşmələrin ardından Konfransın anlamlı bir irəliləmə təmin etməsi üçün şərtlərin daha əlverişli hala gələcəyi irəli bir tarixə ertələnməsi qərarlaşdırılmışdır.
Türkiyə, Qatar və BMT Əfqanıstanda barışın təmin edilməsi yönündəki səmimi cəhdlərini qərarlılıqla davam etdirəcəkdir”.