Press "Enter" to skip to content

Prezident İlham Əliyev bölgədə açılışlar etdi

Prezident Hacıqabulda Sənaye Məhəlləsi, Aqropark, Hacıqabul-Mugan yolu, “Qarasu” yarımstansiyasının açılışını edib

Bayraqdar.info – Aprelin 20-də Prezident İlham Əliyev Hacıqabul rayonunda səfərdə olub. Məlumatı president.az saytı dərc edib.

Xəbər verilir ki, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda görülən işlərlə bağlı Prezidenti məlumatlandırıb. Daha sonra ölkə başçısı İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışını edib. Dövlət rəhbərinə sənaye məhəlləsində yerləşən müəssisələr barədə məlumat verilib.

Bunun ardınca o, yenidənqurmadan sonra istifadəyə verilmiş Hacıqabul-Muğan avtomobil yolunun açılış tədbirində iştirak edib. Prezidentə uzunlugu 11.5 km olan yolun texniki göstəriciləri haqda bilgi verilib.

Prezident İlham Əliyev rayonda aparılan əkin prosesi ilə də maraqlanıb. O, Hacıqabul rayonunun Meyniman kəndi ərazisində fermer Elşən Xəlilovun 10 hektarlıq əkin sahəsidə pambıq səpinini izləyib.

Rayon ərazisində yerləşən “Aqro-Dairy” MMC-nin aqroparkının təqdimatı keçirilib. Ölkə başçısı həmin təqdimatda iştirak edib.

Elə həmin gün Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu” Yarımstansiyası istismara verilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına yarımstansiya haqqında məlumat verib.

Bundan əlavə, rayonda “Azərsun Şamaxı Aqropark”ının açılışı olub. Prezident İlham Əliyevə aqropark haqqında bilgi verilib. Müəssisənin 2 hissədən – əkin sahələri və heyvandarlıq komplekslərindən ibarət olması haqda ölkə başçısı bilgiləndirlirb. Bildirilib ki, Heyvandarlıq Kompleksində 5 min baş iribuynuzlu heyvan saxlanılır. Aqroparka məxsus 4 min 200 hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Əkin sahələrini suvarmaq üçün iki süni göl də yaradılıb.

Mission News Theme by Compete Themes.