Press "Enter" to skip to content

Postpandemiya dövründə turist səfərlərinin bərpası diqqət mərkəzində

Bayraqdar.info – Azərbaycan və Özbəkistan arasında turizm əlaqələri, COVID19 pandemiyası dövründə turizm sahəsi üzrə görülən işlər və təcrübə mübadiləsi məsələləri diqqət mərkəzindədir. Elə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovla bu gün keçirilən görüşündə də bu məsələlər geniş şəkildə müzakirə edilib. Görüşdə, həmçinin postpandemiya dövründə qarşılıqlı turist səfərlərinin bərpasında maraq ifadə edilib.

Aprelin 20-də Fuad Nağıyev həmçinin Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floreslə də görüşüb. Dövlət Turizm Agentliyindən verilən məlumata görə, tərəflər iki ölkənin turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinin mühümlüyünü vurğulayıblar.

Görüşlərdə vaksinasiya prosesinin vacibliyi vurğulanıb və qeyd edilib ki, bu proses sərhədlərin açılmasına, eləcə də beynəlxalq turizmin bərpasına töhfə verəcək.

Mission News Theme by Compete Themes.