Press "Enter" to skip to content

Özbəkistan Azərbaycanla kosmosda işbirliyində maraqlıdır

Bayraqdar.info – Özbəkistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov aprelin 19-da “AzərKosmos” ASC sədrinin vəsifəsini icra edən Dunay Bədirxanovla görüşüb.

Bu haqda xəbər bayraqdar.info-ya Özbəkistanın Bakıdakı səfirliyindən verilib.

Görüşdə tərəflər Özbəkistan və Azərbaycan arasında kosmik tədqiqatlar və peyk texnologiyalarından istifadə sahəsində işbirliyinin hazırkı durumu və inkişaf perspektivlərini müzakirə edib.

D.Bədirxanov 2019-cu ildə Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyinin (ÖzbəkKosmos) qurulmasından məmnunluğunu bildirib və məhsuldar işbirliyinə hazırlıq ifadə edib.

Görüşün nəticəsi olaraq tərəflər qarşılıqlı təcrübə mübadiləsi, kadr hazırlığı və sahə üzrə ortaq layihələrin gerçəkləşdirilməsi barədə razılığa gəliblər.

Mission News Theme by Compete Themes.