Son yeniləmə: 20 Aprel 2021 08:25
Bayraqdar.info – Normandiya formatı liderlərinin məsləhətçiləri Minsk razılaşmalarının tətbiqi istiqamətində əlaqələri davam etdirmək razılığına gəliblər.
Bu haqda xəbəri Ukrayna Prezidentinin Ofisindən veriblər.
Xəbərdə deyilir ki, aprelin 19-da Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak videokonfrans yoluyla Normandiya formatı ölkələri liderlərinin siyasi məsləhətçilərilə görüşə qatılıb.
Görüş zamanı Almaniya təmsilçisi təklif edib ki, siyasi məsləhətçilərin 27 iyul 2020-ci il tarixli atəşkəs qərarının gücləndirilməsilə bağlı təklifi yenilənsin.
Məsləhətçilər üçtərəfli kontakt qrupunu atəşkəs rejiminin pozulmasına reaksiya istiqamətində işləməyə çağırır.
Andriy Yermak qeyd edib ki, Ukrayna tərəfi üçtərəfli kontakt qrupuna belə müraciəti dəstəkləyir. Eyni zamanda “atəşkəs rejiminin daha da möhkəmləndirilməsi üçün təklifləri var: snayper atəşlərinə görə cavabdehlik kimi.
Əlavə olaraq, top atəşləri baş verəcəyi halda üçtərəfli kontakt qrupu 24 saat ərzində toplanmalıdır və heç bir tərəfin imtina etmək haqqı yoxdur.
Ukrayna tərəfinin gərəkli təklifləri hazırdır və 20 aprel günü keçiriləcək görüşdə üçtərəfli kontakt qrupunun təhlükəsizlik üzrə işçi bölməsinə – səfir Yaşar Halit Çelikə təqdim ediləcək”.
Ukrayna, Fransa, Almaniya və Rusiya liderlərinin məsləhətçiləri razılaşıblar ki, Donbasda vəziyyətin düzəldilməsi üçün Minsk razılaşmalarının tətbiqinin təmini istiqamətində əlaqəli işi davam etdirsinlər.