Press "Enter" to skip to content

Müayinələrin şəffaf və obyektiv keçirilməsi təmin olunur

Bayraqdar.info – Hərbi səbəblərlə əlaqədar əvvəlki dövrlərdə təyin edilmiş əlillik müddəti başa çatan, yaxud əlillik sənədlərində çatışmazlıq və ziddiyyətlər olduğu aşkar edilən daha bir qrup şəxsin əlilliyinin özlərinin iştirakı ilə təkrar qiymətləndirilməsi üçün əyani müayinələri aparılıb. Əyani müayinələr aidiyyəti qurumların nümayəndələrinin təmsil olunduğu komissiya tərəfindən həyata keçirilir.

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müayinələrin şəffaf və obyektiv keçirilməsi təmin olunur, videoçəkilişləri aparılır. Komissiya üzvləri ilə yanaşı vətəndaş cəmiyyəti institutlarının nümayəndələri də müayinələrə dəvət edilir.

Müayinəsi aparılan bir neçə şəxsin əlilliklərinin uzadılması qərara alınıb. Lakin ayrı-ayrı şəxslərin əlillik sənədlərində onların sağlamlıq durumuna münasibətdə ziddiyyətlər olduğu aşkar edilib.

Habelə vaxtilə tərtib olunmuş xəstəlik diaqnozlarının və həmçinin mövcud sağlamlıq vəziyyətlərinin əlillik təyinatı üçün əsas yaratmadığı müəyyən olunub.

Məlumatda qeyd edilir ki, komissiyanın fəaliyyətində ən vacib prinsip həqiqətən əlilliyi olan, haqqı çatan şəxslərə əlillik təyinatlarının aparılması, yanlış, əsassız olaraq hərbi səbəblərlə əlaqədar əlillik təyinatlarının ləğv edilməsi, hərbi səbəblərlə əlaqədar əlillik təyinatında şəffaflığın və obyektivliyin tam təmin edilməsidir.

Mission News Theme by Compete Themes.