Press "Enter" to skip to content

Güləşçimiz yarımfinalda

Bayraqdar.info – Aprelin 20-də Azərbaycanın daha bir sərbəst güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Məlumat Azərbaycan Güləş Federasiyasından verilib: “İkinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən güləşçilər mübarizəyə başlayıb.

Əhmədnəbi Qvarzatilov startda Almaniya güləşçisinə vaxtından əvvəl qalib gəlib. Ancaq 1/4 finalda ukraynalı rəqibinə məğlub olub.

Əşrəf Aşırov üçün AÇ-də debüt uğurlu alınmayıb. Həmyerlimiz ilk mərhələdə türk həmkarına minimal fərqlə uduzub”.

Xəbərdə deyilir ki, güləşçilərimizdən Hacımurad Məhəmmədsəidov 1/8 finalda ikiqat Avropa çempionu və dünya üçüncüsü Artur Nayfonova məğlub olub.

Osman Nurməhəmmədov isə ilk görüşdə alman güləşçi üzərində inamlı qələbə qazanıb. Yığma üzvü Bolqarıstan idmançısına da qalib gələrək yarımfinala yüksəlib. 92 kq çəki dərəcəsində çıxış edən Osman Nurməhəmmədov ardıcıl olaraq Robin Ferdinand (Almaniya) və Əhməd Maqamayevi (Bolqarıstan) məğlubiyyətə uğradıb. O, finala gedən yolda Məhəmməd Qurbanovla (Rusiya) üz-üzə gələcək.

Federasiyadan bildirilib ki, Yarımfinal qarşılaşmaları aprelin 20-də saat 18:45-də, medal uğrunda mübarizə isə saat 20:00-da başlanacaq.

Mission News Theme by Compete Themes.