Press "Enter" to skip to content

Birinci rübdə ƏƏSMN-in e-xidmətlərinə 3,5 milyon müraciət

Son yeniləmə: 20 Aprel 2021 18:30

Bayraqdar.info – 2021-ci ilin 1-ci rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) e-xidmətlərinə 3,5 milyon müraciət qeydə alınıb. Hazırda Nazirlik üzrə 103 xidmət e-platforma üzərindən göstərilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu il ərzində qurumun fəaliyyət sahələri üzrə daha 50 xidmətin elektronlaşdırılması nəzərdə tutulur. Nəticədə Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsi bu ilin sonuna 90%-ə çatacaq.

Eyni zamanda “Virtual DOST mərkəzi” platformasının hazırlanması işləri də aparılır. Həmin e-platforma ölkəmizin istənilən yerində olan şəxsə hər hansı DOST mərkəzinə getmədən mobil aplikasiyalar vasitəsilə DOST xidmətlərindən faydalanmaq üçün müraciət imkanı yaradacaq.

Mission News Theme by Compete Themes.