Press "Enter" to skip to content

Türkiyə səfirindən Ermənistan Prezidentinin təxribatına cavab

Son yeniləmə: 19 Aprel 2021 09:08

Bayraqdar.info – Ermənistan Prezidenti Armen Sarkisyanın bugünlərdə Gürcüstana səfəri çərçivəsində bir xatirə kitabına Ağrı dağının şəklini çəkməsi, bunun ardınca da Gürcüstan Prezidenti Salome Zurabişvilinin onun sosial media hesablarında paylaşması bölgə ölkələrində hələ də müzakirə edilməkdədir. Bəzilərinə görə adi məsələ kimi dəyərləndirilsə də Ermənistan Prezidentinin bir ölkə rəhbərinə yaraşmayacaq bu davranışı hələ də haqlı narazılıqlara səbəb olmaqdadır. Ona görə də gözlərin və qulaqların Türkiyə rəsmilərinin də məsələyə münasibətinə dikilməsi başa düşüləndir.

Məsələyə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazganın özünəxas diplomatik cavab verməsi bir daha türk siyasətinin və diplomatiyasının üstün olmasını göstərir. O, Ermənistanın və ya onun prezidentinin adını çəkmədən çox nəzakətli bir dildə məsələyə münasibət bildirib.

“Ağrı dağı Türkiyədə ən yüksək dağdır. 5137 m. Sadəcə əmin etmək istərdim ki, faktlar karikaturistik diplomatiyada itib-batmır.”

Özünün sosial media hesabında etdiyi bu paylaşımı Türkiyə səfiri Google Translate vasitəsilə gürcü və erməni dillərinə də çevirib.

Əlbəttə, xanım səfirin bu incə diplomatik paylaşımı erməniləri daha da özündən çıxarıb və onlar alışdıqları tərzdə sosial media hücumuna keçiblər.

Fatma Ceren Yazgan isə bu hücumlar qarşısında təcrübəli bir diplomat kimi təmkinini qorumaqdadır. Bu təmkinsə öz növbəsində erməniləri daha da özündən çıxarmağa davam edir. Hətta o həddə ki, Türkiyə bayrağının üzərindəki ay-ulduzu Ermənistanın Ağrı dağı iddiasıyla müqayisə edəcək qədər havalanmış kimi görünməkdədirlər…

Mission News Theme by Compete Themes.