Bayraqdar.info – Prezident İlham Əliyev aprelin 19-da Anar Abel oğlu Məhərrəmovun Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam verib.
Başqa bir sərəncamla Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
Eyni gündə verilən ayrı-ayrı sərəncamlarla,
1. Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında;
2. Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında;
3. Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında;
4. Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının İspaniya Krallığında
fövqəladə və səlahiyyətli səfiri təyin edilib.