Press "Enter" to skip to content

Papağı boş qalmışların vayına oturanlar

Prezident İlham Əliyev heç şübhəsiz 44 günlük Vətən savaşındakı möhtəşəm qələbənin memarıdır. Onun uzaqgörən strategiyası, hər şeyi zərgər dəqiqliyi ilə ölçüb-biçməsi, zamanlamanı düzgün müəyyən edəcək qədər təcrübəli davranması bu gün bizim – bütün Azərbaycanlıların alnı açıq, üzüağ gəzməsinə-davranmasına imkan tanıdı.

Əlbəttə, belə bir liderin tərəfdarları həddən artıq çox olmalıdır və elədir də.

Həm də o liderin əleyhdarları az olmamalıdır məntiqlə. Ən azından kişi kimi açıq savaşda, ər meydanında sözün həqiqi mənasında ayağının altına alıb əzdiyi düşmən və onun havadarları təbii ki, İlham Əliyevin əleyhdarları olacaqlar.

Anlaşılandır bu durum. Təəccüblü də deyil. Ona görə ki, uduzmuş tərəf və onun ağaları hər necə olsa ciddi yenilgiyə uğradıqlarını bir yolla təzmin etməlidirlər axı.

Biz əleyhdarlarımızın – o müqəddəs savaşda biabırcasına məğlub olmuşların çığırtılarına elə də əhəmiyyət verməməliyik və vermirik də. Lakin bizdən olub onlarla eyni cür nəfəs alan – çığıranların olmasına əhəmiyyət verməyə bilmərik.

Şəxsən izləməsək də sosial mediada gedən müzakirələrdən ictimai rəydə böyük hesablı əks fikirlərlə (yumşaq desək) yad edilən bəzi şəxslərin yenə də nəsə qazan qaynatdıqlarını öyrənmiş olduq.

Bunlar bizdəndir guya. Amma ki, bizdən olub bizə qarşı işləyənlərdir.

Deyirlər ki, məlum və məşhur personalar 44 günlük Vətən savaşımızın ardından özlərini tam itirsələr də aradan keçən bu müddət ərzində azacıq da olsa toparlana biliblər. Toparlanan kimi də Azərbaycana qarşı hücuma keçiblər.

Kimlərin adlarını eşidirik burada? Yeni adlar deyil. Lap qədimi adlardır. Hətta qədimdən də qədim.

Sevinc Osmanqızıdır, Arif Yunusdur, Əli Kərimlinin özü və uzantısı Qənimət Zahiddir “dünyanı ayağa qaldıran”lar.

Nəymiş?

Sən demə bu zatların humanizmi fışqırıb yenə də.

Sən demə Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkı açmaqla “insanlara” qarşı aşağılayıcı davranış sərgiləyibmiş…

“İnsan” dedikləri də kim olsa yaxşıdır?

Düz tapdınız: 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında tutan, qız-gəlinimizin namusuna uf demədən təcavüz edən, ana-bacılarımızı hələ də əsir saxlayan, insanlarımızı oğurlayıb orqanlarını bazarlara çıxaran ermənilər!

Bəli, sevinclərin, ariflərin, əlilərin, qənimətlərin “insanları” bunlardır!

İndi bir xalq deyimimizi bir balaca dəyişdirib bu zatlara demək istərdik ki, “insanını” mənə göstər, sənin kim olduğunu deyim…

Ay sevinclər, ariflər, əlilər, qənimətlər!

Siz doğrudan da hesab edirsiniz ki, qız-gəlinimizin namusunu iki paralıq edən ermənilərə qarşı biz antihumanist davranırıq?

Davranıb nə etmişik ki? Hə, deyirsiniz ki, onların boş qalmış dəbilqələrini sərgiləmək doğru deyilmiş. Doğrudan elədir? Bəs elə isə hazırda sığındığınız ölkələrdə nəinki o boş “papaqlar”, hətta onların içində olmuş başlar sərgilənir axı. Niyə oralara da etiraz edib “insanlıq” dərsi keçmirsiniz?

Başa düşürük niyə. Çünki çörəyinizi onlar verir. Qabağınıza atdıqları o payın ardınca da sizə sifarişlər verirlər ki, “humanizm” fışqırtın. Siz də, maşallah, sanki elə bunun üçün doğulmusunuz…

Etməyin belə. Ya da istərsəniz elə belə də davam edin. Onsuz da hər kəs adını tarixə bir yolla yazdırır. Siz də erməni uzantısı kimi yazdırın adınızı. Seçim sizindir.

Aradan yüzillər keçəcək və bu yüzillər ərzində hər biriniz xatırlanacaqsınız.

Sizi qız-gəlinlərimizin, ana-bacılarımızın namusunu iki paralıq etmiş işğalçı ermənilərin – bəşərin ən qəddar düşməninin havadarları kimi xatırlayacaq Azərbaycan insanı…

Seçim sizindir, özünüz bilin yəni…

Sonda: İndi bunlar guya bu yolla İlham Əliyevə qarşı müxalifətçilik edir. Guya ki, bu yolla onu gözdən salıb yenəcəklərmiş. Ay yarımçıqlar, hələ də anlamadınızmı ki, İlham Əliyev illər öncə sizin kimiləri ayaq altından təmizləyib ardından əsas işğalçıya qarşı gücünü toparladı və cəmi 44 gün içində vayına oturduqlarınızı bu Vətən torpaqlarından süpürüb atdı?..

Mission News Theme by Compete Themes.