Press "Enter" to skip to content

Güləşçilərimiz Avropa çempionatında yarışacaq

Bayraqdar.info – Aprelin 19-dan 25-dək Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatında iştirak edəcək sərbəst güləşçilərimiz müəyyənləşib.

Azərbaycan Güləş Federasiyasından bildirilib ki, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında qitə birinciliyində Əfqan Xaşalov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (70 kq), Əşrəf Aşırov (74 kq), Rəşad Yusifli (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və Şamil Zubairov (97 kq) mübarizə aparacaqlar.

Xatırladaq ki, aprelin 18-də sərbəst güləşdə bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib. Sərbəst güləşçilər ayın 20-də xalça üzərinə çıxacaq. Güləşin bu növündə mübarizəyə aprelin 21-də yekun vurulacaq.

Mission News Theme by Compete Themes.