Son yeniləmə: 18 Aprel 2021 20:51
KKTC Cümhurbaşqanı: Problemin həllinə yeni baxışın təməlində mücahid Kıbrıs türk xalqının mübarizəsi, fədakarlığı və öz müqəddaratını təyin etmə haqqı dayanır
Bayraqdar.info – “Türkiyənin bölgədə artan gücü və KKTC-yə verdiyi dəstəklə dövlətimizi daha irəli aparmaq üçün Cenevrəyə əlimiz güclü şəkildə gedirik. Problemin həllinə yeni baxışın təməlində mücahid Kıbrıs türk xalqının mübarizəsi, şəhidləri, fədakarlığı və öz müqəddaratını təyin etmə haqqı dayanır.”
Bu sözləri Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Avrasiya İqtisadi Əlaqələr Cəmiyyətinin (Eko Avrasiya) təşkil etdiyi “KKTC-nin strateji baxışı” adlı onlayn müzakirə zamanı deyib. “Eko Avrasiya”nın sədri Hikmet Erenin moderatorluğu ilə keçirilən və Cümhurbaşqanı Ersin Tatarla yanaşı Cümhurbaşqanlığının heyvandarlıq və sahibklarlıq məsələləri üzrə müşaviri Ahmet Hamdinin də qatıldığı müzakirələrdə 2033-cü ildə 50 yaşı olacaq KKTC-nin bır çox sahələr üzrə həyata keçirməyi planlaşdırdığı proqram və layihələr barədə ətraflı məlumat verilib.
Cenevrədə keçiriləcək 5+BM, yaxud da, 5+1 qeyri-rəsmi toplantısı ilə bağlı sualı cavablandıran E.Tatar həmin toplantıya iki suveren dövlətin bərabər hüquqlu əməkdaşlığını özündə ehtiva edən bir təkliflə gedəcəklərini bildirib. Krans Montanada Rum tərəfinin danışıqları tərk etməsi ilə sona çatan federasiya ideyası ətrafında hər hansı müzakirənin daha mümkün olmadığını qeyd edən Cümhurbaşqanı bu günə kimi hər zaman rum tərəfini dəstəkləyən AB-nin də ünvanına tənqid səsləndirib.
KKTC Cümhurbaşqanı həmçinin kiçik yaşlarından etibarən istər Dr. Fazıl Küçükün müşaviri olan babası Cemal Müftüzade, istərsə də uzun illər Maliyyə Nazirliyi kimi müxtəlif yüksək qurumlarda işləmiş atası Rüstem Tatardan çox şey öyrəndiyini bildirib. O, ötən illər ərzində Kıbrıs məsələsinin içində doğulan və böyüyən bir şəxs olduğunu, problemin həlli istiqamətində cərəyan edən proseslərin xarakterinə hopduğunu deyib.