Press "Enter" to skip to content

Deputatlar Avronest PA-nın daha bir iclasında da iştirak edib

Son yeniləmə: 19 Aprel 2021 19:53

Bayraqdar.info – Milli Məclisdən xəbər verilir ki, aprelin 19-da Avronest Parlament Assambleyasının İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasətləri ilə uyğunluq komitəsinin də onlayn iclası keçirilib. İclasda Milli Məclisin deputatları Vüqar Bayramov və Nurlan Həsənov iştirak edib.

İclasın gündəliyi təsdiq edildikdən sonra Avronest PA-nın İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasətləri ilə uyğunluq komitəsinin 2019-cu il dekabrın 8-də Tbilisidə keçirilmiş iclasının protokolu təsdiq edilib.

“Sonra “Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələrinin təhsil və iqtisadiyyat sahələrində qarşılıqlı əlaqəsi” mövzusunda məruzənin təqdimatı olub. İclasda koronavirus pandemiyasının sosial-iqtisadi təsirləri, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin COVID19 pandemiyasından sonra dirçəlməsi üçün Avropa İttifaqının mümkün yardımları barədə fikir mübadiləsi aparılıb. İclas iştirakçıları komitənin 2021-2022-ci illər üzrə fəaliyyət palanını da təsdiq ediblər. Bununla da komitənin iclası başa çatıb”,- deyə açıqlamada bildirilir.

Mission News Theme by Compete Themes.