Press "Enter" to skip to content

1 həftə iş olmayacaq, avtobuslar da işləməyəcək

Nazirlər Kabineti

Bayraqdar.info – Nazirlər Kabinetinin Qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bu məlumatı Nazirlər Kabineti yayıb.

“Bununla da, Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq”, – deyə açıqlamada bildirilir.

Həmçinin, məlumatda o da qeyd edilib ki, Nazirlər Kabinetinin digər Qərarına əsasən 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Mission News Theme by Compete Themes.