Press "Enter" to skip to content

Urmu gölü faciəsi: 40 illik quruma prosesi – VİDEO

Urmu gölünün illərə görə durumu

Son yeniləmə: 17 Aprel 2021 09:01

Bayraqdar.info – “Google Earth” Urmu (Urmiya) gölünün iqlim dəyişikliyi və bu su hövzəsinin son 4 onillikdə qurudulması prosesi haqqında 3D xəritə paylaşıb.

Videoda 1984-cü ildən 2000-ci ilə kimi gölün tədrici quruması prosesi qısa şəkildə göstərilir.

Dünyanın müxtəlif yerlərinin 3D xəritəsini verən “Google Earth” qlobal iqlim dəyişikliyinin buzlaqlara, çimərliklərə və dünyanın digər bölgələrinə təsirlərini göstərmək üçün peyk şəkillərini tərtib edir.

Qeyd edək ki, Urmu gölü İranda ən böyük göl hesab olunur. Sahəsi təqribən 5000-6000 kv.km, hövzəsində suyun həcmi 20-24 milyard kubmetr olub, eni 40 km, uzunluğu 130 km-dir. Dəniz səviyyəsindən 1274 m yüksəklikdə yerləşir.

“Urmu” qədim türk dilində «suda yaşayış yeri» anlamını verir.

1967-ci ildə Urmu gölü qoruq elan olunub və UNESCO-nun qorunan təbii ərazilər siyahısına salınıb.

Urmu gölünün qurudulması prosesinə 1999-cu ildən başlanıb. Belə ki, gölə tökülən çayların üzərində su anbarlarının tikintisinə başlanılıb.

“Kənd təsərrüfatında inqilab” adı altında tikilən su anbarları ilə gölə çayların tökülməsinin qarşısı alınıb.

C.E

Qaynaq: GünAz.TV

https://www.youtube.com/watch?v=dMxeZ6DnGSU

Mission News Theme by Compete Themes.