Press "Enter" to skip to content

Birinci rübdə 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib

Dövlət Sosial Müdafiə Fondu

Son yeniləmə: 17 Aprel 2021 14:06

Bayraqdar.info – Yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib. Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, onlardan 409,3 min nəfər (o cümlədən 386,6 min nəfər aylıq, 22,7 min nəfər birdəfəlik) sosial müavinətlə, 281,9 min nəfər isə Prezidentin aylıq təqaüdləri ilə təmin olunub.

Bu ilin birinci rübündə əhaliyə sosial müavinətlər üzrə 148,2 milyon manat, təqaüdlər üzrə 106 milyon manat ödənilib.

Mission News Theme by Compete Themes.