Bayraqdar.info – Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsi Ermənistanın baş naziri Nikol Paşinyanın öz ölkəsinin parlamentində səsləndirdiyi fikirlərlə bağlı qısa qeydini yayınlayıb.
“14 aprel tarixində Ermənistan Parlamentində çıxış edən baş nazir Nikol Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb.
N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.
Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik.
Hüseyn Cavidin dediyi kimi:
Yurdumuzu çiynəyən
Sayğısız hər kim olsa.
İnan ki, çox sürmədən,
Diz çökəcək qarşıda.