Son yeniləmə: 16 Aprel 2021 13:48
Bayraqdar.info – Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzində (DİM) aprelin 15-də buraxılış imtahanları keçirilib. Aprelin 16-da isə 11 illik orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanları üzrə imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb.
Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlarda yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət çəkə biləcəyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
DİM-dən bildirilib ki, imtahanlar Gəncə şəhərinin Kəpəz rayonunda, Ağdam, Hacıqabul, İsmayıllı, Qax, Qazax, Siyəzən, Tərtər, Xızı rayonlarında, Lənkəran və Şirvan şəhərlərində təşkil olunub.