Son yeniləmə: 16 Aprel 2021 11:53
Bayraqdar.info – Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək cüdo üzrə Avropa çempionatında Azərbaycanı 9 cüdoçu təmsil edəcək. Bu barədə aprelin 16-da Azərbaycan Cüdo Federiyasından xəbər verilib.
“Kişilərin mübarizəsində 8, qadınların yarışında isə 1 cüdoçu qüvvəsini sınayacaq. Lissabona Kəramət Hüseynov (-60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi -66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi -81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq), Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) yollanıb”, – deyə Federasiyanın açıqlamasında bildirilir.
Qeyd edilib ki, Avropa çempionatı 16-18 apreldə baş tutacaq: “Yarış Tokio Olimpiya Oyunlarına da lisenziya xalları baxımından önəmlidir. Qitə birinciliyi Avropa Cüdo Birliyinin eju.net saytı vasitəsilə canlı yayımlanacaq”.