Son yeniləmə: 15 Aprel 2021 14:45
Bayraqdar.info – “YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir. Daha bir şəhidimizin yeni doğulan övladının, şəhidimiz Kamran Kazımovun övladı Kamrananın zəruri xərcləri Fond tərəfindən qarşılanıb.
Fonddan verilən məlumata görə, bu məqsədlə 1000 manat anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 manatlıq hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara, həmçinin istənilən valyutaya da dəyişə biləcək.