Press "Enter" to skip to content

Recep Tayyip Erdoğan: Kuzey Kıbrısın haqlarını əsla kimsəyə yedirtmərik – VİDEO

Son yeniləmə: 15 Aprel 2021 14:30

Bayraqdar.info – “Əgər bizim yumşaq davranışlarımız olmasaydı Şərqi Ağdənizdəki gərginliklər daha da dərinləşə bilərdi.” Bunu Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğan deyib.

Prezident Kitabxanasında təşkil edilən tədbir çərçivəsində gənclərlə bir araya gələn Cümhurbaşqanı Şərqi Ağdənizdəki mövcud vəziyyət haqqında fikirlərini dilə gətirib. Türkiyənin Şərqi Ağdənizdəki hazırki fəaliyyətlərində qərarlı olduğunu deyən Erdoğan eyni zamanda Kuzey Kıbrısla bağlı çox sərt mesajlar verib.

KKTC-nin BRT kanalının məlumatına görə, “Kuzey Kıbrısın haqlarını əsla kimsəyə yedirtmərik, yeri gələrsə müdaxilə edərik. Gəmilərimiz hər an hazır vəziyyətdədir. Danışıqlardan qaçmırıq, amma hər an lazım olan addımları atmağa hazırıq. Yetər ki Türkiyəyə saygı duymasını bilsinlər”, – deyə Erdoğan əlavə edib.

Mission News Theme by Compete Themes.