Bayraqdar.info – Sosial sahə üzrə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə son iki ildə 30-dək e-arayış xidməti yaradılıb. Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.
Məlumatda deyilir ki, cari ilin yanvar-mart aylarında Nazirliyin fəaliyyət sahələri üzrə 150,7 min elektron arayış verilib.
“Beləliklə, vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta, əlillik, sosial təminat növləri, mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları hər hansı quruma müraciət etmədən, real vaxt rejimində e-qaydada əldə edə bilmək imkanı yaradılıb”, – deyə məlumatda qeyd olunur.