Press "Enter" to skip to content

Özbəkistanla Pakistan arasında yeni mərhələ başlayır

Bayraqdar.info – Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Pakistanın Baş naziri İmran Xan arasında aprelin 14-də çevrimiçi (onlayn) Zirvə görüşü uğurla baş tutub. Bu haqda xəbəri Özbəkistan Prezidentinin administrasiyasından veriblər.

Xəbərdə deyilir ki, iki dost ölkənin rəhbəri qarşılıqlı münasibətlərin daha üstün mərhələyə yüksəldilməsi üçün atılacaq addımları müzakirə edib. Hər iki lider qeyd edib ki, ölkələr arasındakı münasibətlər dostluq və qardaşlıq prinsiplərinə söykənir. İstər ümumölkə, istərsə də bölgələr səviyyəsində işbirliyi yetərincə inkişaf edir. Lakin potensial daha artıqdır və bundan istifadə etmək lazımdır.

Ölkə liderləri Əfqanıstandakı durumu da müzakirə edərək orada mümkün qədər tez sabitlik yaratmağın və inkişafa dəstək olmağın vacibliyini qeyd ediblər.

Transəfqan dəmiryolu tikintisi də müzakirə edilən mövzular arasında olub.

Sonda tərəflər ortaq bəyanat imzalayıblar. Bundan başqa konkret istiqamətləri əhatə edən ayrı-ayrı sənədlər də imzalanıb.

Mission News Theme by Compete Themes.