Bayraqdar.info – “Bu çox həyəcan vericidir. Elə həmin həyəcan və qürurla 40 il aradan sonra, “Azərbaycanfilm”in yenilənən texniki bazasını sizlərə təqdim edirik”, – deyə Cəfər Cabbarlı adına Kinostudiyadan bildirlib.
Məlum olub ki, kinoçularımızın sevincinə səbəb aprelin 14-də Kinostudiyaya Amaniyanın “ARRI”, Amerikanın “Matthews Studio Equipment” və İtaliyanın “Manfrotto” şirkətlərindən gətirilən avadanlıqlardır: “Bu avadanlıqların bizə qatdığı texniki güclə paralel olaraq iki tammetrajlı və iki sənədli filmin istehsalını həyata keçirə biləcəyik. Missiyamız bu rəqəmi 3-ə çatdırmaqdır. Bunun üçün texnika sifarişlərimiz davam edir. Məlumat üçün qeyd edək ki, hal-hazırda sahib olduğumuz texniki güc post-Sovet məkanında öz unikallığını qoruyur. Kino ilə qalın!” – deyir film istehsalçılarımız.