Press "Enter" to skip to content

Aşıq Ələsgər – 200 beynəlxalq elmi konfransı keçirilib

Son yeniləmə: 15 Aprel 2021 15:03

Bayradar.info – Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Gədəbəy Aşıq Məktəbində ustad dərsləri, Gədəbəy rayon Heydər Əliyev Mərkəzində aşıq sənətinə həsr olunmuş beynəlxalq onlayn elmi konfrans keçirilib.

Məlumatı aprelin 15-də Mədəniyyət Nazilriyi yayıb.

Bildirilir ki, silsilə tədbirlərlə müşayiət edilən proqramda Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Aşıq sənəti kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Aşıqlar Birliyinin (ABB) üzvü Hafiz Kərimovun iştirakı ilə xüsusi karantin rejiminin şərtlərnə əməl olunmaqla ustad dərsləri təşkil edilib. Dərslərdə iştirakçılara notlarla bağlı zəruri məlumatlar verilib.

Nazirliyin açıqlamasında qeyd edlir ki, daha sonra Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş beynəlxalq onlayn elmi konfrans təşkil edilib. Konfransa AMEA Folklor İnstitutunun Musiqi folkloru şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli, Urmiya Universiteti Ədəbiyyat İnstitutunun Türk dili və ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mirəli Rizai, Konya Mədəniyyət Turizm Birliyinin üzvü, Konya Aşıqlar bayramının təşkilatçısı Arif İnan Yıldırım (Türkiyə), L.N.Qumilev adına Avrasiya Milli Universiteti “Otırar kitabxanası” Elmi Tədqiqat Mərkəzinin baş elmi işçisi Erkegül Arıkkarqızı (Qazaxıstan), Qırğızıstan-Türkiyə Manas Universitetinin Təsviri incəsənət fakültəsinin müəllimi Sebahattin Sivrikaya və ölkəmizdən bir sıra nümayəndələr qatılıb.

Konfransda Aşıq Ələsgərin Azərbaycan ədəbiyyatına töhfələri, habelə Türk dünyası aşıq sənətinə təsiri haqqında fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.