Bayraqdar.info – Hər il aprelin 15-i Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Ümumdünya Mədəniyyət Gününün qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib. Buna görə də bu günü həm də beynəlxalq hüquq təcrübəsində Rerix Paktı günü kimi də tanıyırlar. İlk dəfə 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” müqavilə imzalanıb. O vaxtdan etibarən dünyanın bir çox ölkəsində 15 aprel Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Beynəlxaq Mədəniyyət Günündə dünyanın müxtəlf ölkələrində müxtəlif mədəni tədbirlər keçirilir.
15 Aprel Beynəlxaq Mədəniyyət Günüdür
Bölmənin başqa yazıları: MƏDƏNİYYƏTMƏDƏNİYYƏT bölməsinin başqa yazıları »