Press "Enter" to skip to content

Əminə Ceppar ABŞ Dövlət katibinin müavini ilə Krımı müzakirə edib

Bayraqdar.info – Ukrayna Xarici İşlər nazirinin 1-ci müavini Əminə Ceppar ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Kara Makdonaldla Krım da daxil olmaqla bir sıra məsələləri müzakirə edib. Bu haqda Ə.Ceppar özünün sosial media hesabında məlumat verib.

“ABŞ Dövlət katibinin müavini Kara Makdonald ilə Krım Platformasını, insan haqları pozuntularını, yarımadanın hərbiləşdirilməsini, təhlükəsizlik vəziyyətinin gərginləşməsini, Qara dəniz akvatoriyası kəsiminun qapadılmasını müzakirə etdik. ABŞ-a yeni sanksiyaları üçün minnətdarlıq bildirdim”, – deyə Ə.Ceppar yazıb.

Qeyd edək ki, Ukrayna bu il avqustun 23-də Kiyevdə Krım Platforması adı altında geniş beynəlxalq toplantı keçirməyə hazırlaşır. Artıq bir sıra dövlətlərin rəhbərləri, o cümlədən Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bu toplantıya dəvət edilib. Azərbaycanın da dəvət ediləcəyi gözlənilir.

Onu da əlavə edək ki, Ukraynanın ərazisi olan Krımı ilhaq etmiş, eyni zamanda Donbasdakı rus bölücülərə açıq dəstək verən Rusiya dünyanın aparıcı demokratiyaları tərəfindən davamlı tənqidlərə məruz qalır. Bu demokratiyaların önündə sözsüz ki, ABŞ gedir. Ona görə də Ukrayna rəsmiləri hər fürsətdə ABŞ-ın belə açıq dəstəyini vurğulamaqdan çəkinmirlər.

Mission News Theme by Compete Themes.