Press "Enter" to skip to content

Türk ölkələri futbol qurumları da ortaqlaşır

Bayraqdar.info – Artıq türk ölkələrinin ortaq futbol çalışmaları da olacaq. Bu haqda xəbəri Türkiyə Futbol Federasiyası (TFF) yayıb. Qurumdan verilən xəbərdə bildirilir ki, Türk Keneşi (Şurası) üzvü olan Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, eləcə də müşahidəçi üzv Macarıstan, həmçinin Türkmənistan futbol qurumları arasında işbirliyi anlaşması imzalanıb.

İmzalama Ankarada – TFF-nın ev sahibliyində çevrimiçi (onlayn) yöntəmlə gerçəkləşib.

TFF Birinci başqan vəkili Servet Yardımcının moderatorluğuyla keçən tədbirə Türk Keneşi baş katibi Bağdad Amreyev də qatılıb. Ondan başqa TFF başqanı Nihat Özdemir və baş katibi Kadir Kardaş da tədbirdə iştirak edib.

Azərbaycan tərəfini AFFA-nın prezidenti Rövnəq Abdullayev təmsil edib. Müvafiq olaraq digər ölkələr də təmsil edilib. Qırğızıstan Futbol Federasiyası başqanı Kanatbek Mamatov, Macarıstan Futbol Federasiyası başqaı Sandor Csanyi, Türkmənistan Futbol Federasiyası başqanı Arslan Aynazarov, Özbəkistan Futbol Federasiyası başqan vəkili Ravşan İrmatov, Qazaxıstan Futbol Federasiyası baş katibi Azamat Aytojin çevrimiçi tədbirdə ölkələrini təmsil edib.

Anlaşma futbolla bağlı bütün sahələri əhatə edir. Burada ölkələr arasında futbol yarışlarının keçirilməsi də nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.