Press "Enter" to skip to content

Nazirlik məktəb psixoloqlarına ixstisasartırma təlimləri keçir

Bayraqdar.info – “Təhsil İnstitutu UNICEF-lə birgə “Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində cəbhəyanı ərazilərdə fəaliyyət göstərən məktəb psixoloqları üçün “Böhran vəziyyətlərində məktəbdə ilkin psixoloji yardım məsələləri” mövzusunda ixtisasartırma təlimləri təşkil olunub. Təlimlər Vətən müharibəsindən təsirlənən müəllimlərə, şagirdlərə və valideynlərə psixoloji dəstək verilməsi, onların sosial və emosional bacarıqlarını gücləndirməsində məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması məqsədilə həyata keçirilib.”

Bu sözlər Təhsil Nazirliyinin aprelin 14-də yaydığı açıqlamasındandır.

Nazirlik bildirir ki, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Tovuz, Füzuli, Goranboy rayonları, Gəncə və Naftalan şəhərlərində keçirilən təlim proqramı məktəbdə psixoloji xidmətin etik prinsipləri, məktəb psixoloqunun əsas bacarıqları, böhran vəziyyətlərinin profilaktikası, diaqnostikası, ilkin psixoloji yardım texnikaları, dialektik davranış terapiyası və digər mövzuları əhatə edir.

Təlimlər zamanı məktəb psixoloqunun vəzifə öhdəlikləri və hüquqları, psixoloqun ünsiyyət, müşahidə və stresi idarəetmə bacarıqları və s. haqqında məlumatlar verilib. Eyni zamanda, mövzularla bağlı müəllimlərin fikirləri dinlənilib, bu bacarıqların inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş proyektiv metodikalar, nəfəs texnikaları və müvafiq faydalı tapşırıqlar da işlənilib.

Açıqlamada o da qeyd edilib ki, təlimlər “Microsoft Teams” platforması üzərindən onlayn formada keçirilib. Mart ayının sonuna qədər 300 məktəb psixoloqu təlimlərə cəlb olunub.

Mission News Theme by Compete Themes.