Bayraqdar.info – “Beynəlxalq maraqlarımıza xələl gətirmədən mövqeyimizi qorumaq vətən qarşısındakı borcumuzdur. Artıq federasiya geridə qalıb. Rumların federasiya anlayışı ilə bizim federasiya anlayışımız tamamilə fərqlidir.” Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar deyib.
Türkiyə Vəkillər Birliyi (TBB) və Uluslararası Kıbrıs Üniversitesi (UKÜ) tərəfindən çevrimiçi (onlayn) düzənlənən “Kuzey Kıbrıs Türk Cümhuriyyətinin dünəni, bu günü və sabahı” adlı toplantıya qatılan Ersin Tatar Kıbrısda və Şərqi Ağdənizdə mövcud şərtlərin əvvəlki dönəmlərdən fərqləndiyini bildirib. Kıbrısda ancaq iki müstəqil dövlətin əməkdaşlığına əsaslanan bir razılaşmanın mümkün ola biləcəyini deyən KKTC Cümhurbaşqanı, “Bu məsələdə rumun razılığı qədər KKTC-nin razılığı da önəmlidir. Dolayısı ilə biz razılıq vermədiyimiz təqdirdə adada heç bir anlaşma əldə edilə bilməz. Biz ayrı dövlət, ayrı xalqıq. Kıbrısda federasiya qalmayıb. Bundan sonra iki dövlətli bir həll yoluna doğru addım atılmalıdır”, sözlərini əlavə edib.