Press "Enter" to skip to content

Daha 30 şəhid ailəsi və qazi ailəsinə mənzillər təqdim edilib

Bayraqdar.info – Ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə yüksək diqqət və qayğı göstərilir. Bu gün həmin kateqoriyadan olan vətəndaşlara yeni mənzillərin təqdim edilməsi də bunun bir nümunəsidir.

Bu barədə aprelin 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində daha 30 şəhid ailəsi və müharibə əlilinə mənzillərin təqdim edilməsi zamanı deyilb. Nazirlikdən verilən məlumata əsasən, tədbirdə Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev və digər şəxslər iştirak ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev verilməsini nəzərdə tutur. O cümlədən bu il üzrə də 3 minədək mənzil və fərdi ev veriləcək, onlardan artıq 260 mənzil təqdim edilib.

Şəhid ailələri və müharibə əlilləri hər zaman dövlət qayğısını hiss etdiklərini deyib, göstərilən böyük qayğıya, yeni mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sonda onu da qeyd edək ki, ölkəmizdə ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlillərinə 9460 mənzil və fərdi ev verilib.

Mission News Theme by Compete Themes.