Bayraqdar.info – Xəbər verildiyi kimi, Azərbaycan Dövlət Rəsm Qalereyası “Böyük qayıdış: həsrətin sonu” adlı rəsm sərgisi keçirməyi planlaşdırır. Qalereyadan aprelin 14-də Bayraqdar.info-ya verilən məlumata görə, rəsm sərgisinə əsərlərin qəbulu davam edir.
“Sərgi işğaldan azad edilmiş ərazilərə Azərbaycan mədəniyyətinin qaytarılması hədəflərinə uyğun olaraq Azərbaycan Ordusunun rəşadət və qəhrəmanlığını əks etdirən əsərlərdən ibarət olacaq”, – deyə qalereyadan bildirilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşacaq sərgidə iştirak etmək istəyənlər mövzu ilə bağlı əsərlərinin fotoşəkillərini, müəllifin adı, soyadı, əsərin adı, ölçüləri və icra texnikasını qeyd etməklə resmsergi@gmail.com elektron-poçt ünvanına göndərə bilərlər. Əsərlərin qəbulu aprelin 23-dək aparılacaq.