Press "Enter" to skip to content

Birinci rübdə 30 min şəxsə e-qaydada fərdi hesab açılıb

Son yeniləmə: 14 Aprel 2021 18:57

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elekton xidməti vasitəsilə yanvar-mart aylarında 30 min şəxsə e-qaydada sosial sığorta nömrəsi (SSN) və bununla da elektron qaydada fərdi hesab açılıb. Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Məlumatda deyilir ki, ilk dəfə əmək müqaviləsi ilə işə başlayan şəxslə əmək müqaviləsi bağlanmasına dair bildiriş e-sistemdə qeydiyyatdan keçdikdə onun üçün avtomatik olaraq SSN və fərdi şəxsi hesabı açılır. Fərdi şəxsi hesabı açılan şəxs isə sosial sığorta sistemində iştirak və gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı əldə edir.

Qeyd olunan e-xidmət 2020-ci ilin yanvar ayında fəaliyyətə başlayıb və ötən dövrdə onun vasitəsilə 242 min elektron fərdi hesab açılıb.

Mission News Theme by Compete Themes.