Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində dünya ilə daha dərindən inteqrasiya olunmaq üçün çöxşaxəli addımlar atılır. Yeni Ercan Hava Limanının tikintisi də bu istiqamətdə atılan addımlardan biridir.
KKTC-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, İctimai İşlər və Nəqliyyat naziri (Bayındırlık ve Ulaştırma Bakanı) Resmiye Canaltay bir neçə obyektə baxış keçirib, həmçinin inşası davam edən yeni Ercan Hava limanında işlərin gedişi ilə tanış olub, davam edən işlərin vaxtında tamamlanması və dünyaya tam inteqrasiya üçün lazım olan hər şeyin ediləcəyini deyib.
“Yeni Ercan Hava limanı dünyaya açılan qapımız olacaq”, – deyən Resmiye Canaltay 4 milyon sərnişinə xidmət edəcək bu hava limanının KKTC-nin dünyayla bütünləşməsində ən önəmli körpü olacağını və turizmin inkişafına təkan verəcəyini söyləyib.