Press "Enter" to skip to content

Qırğızıstan Prezidenti ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib.

Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin Xarici işlər naziri Ann Lindeni qəbul edib.

Prezident Aparatından verilən xəbərdə deyilir ki, müxtəlif sahələrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi əsas müzakirə mövzusu olub.

Ölkə rəhbəri həm ATƏT, həm də İsveçlə münasibətlərin genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Ölkədəki sabitləşmə, aprelin 11-də keçirilmiş referendum, qayda-qanunun bərpası istiqamətində görülən işlər də ayrıca qeyd edilib.

S.Caparov bildirib ki, ölkəsi azadlıq, demokratiya və təhlükəsizlik ideyalarına sadiq qalmağa davam edəcək.

Öz növbəsində xanım A.Linde qeyd edib ki, Qırğızıstan ATƏT üçün çox dəyərli tərəfdaş və üzv-dövlət olaraq qalır.

ATƏT sədri eyni zamanda gender bərabərliyi, ekologiyanın qorunması məsələlərinə diqqət ayrılmasının vacibliyini vurğulayıb.

Mission News Theme by Compete Themes.