Bayraqdar.info – Azərbaycan Ordusunun sülhməramlı bölmələrində keçirilən təlim məşqləri uğurla başa çatıb.
Müdafiə Nazirliyindən aprelin 13-də verilən xəbərdə deyilir ki, Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən sülhməramlı bölmələrdə təlim məşqləri keçirilib.
“Şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçuların döyüş, mənəvi-psixoloji, fiziki, tibbi və xüsusi hazırlığı yoxlanılıb”, – deyə xəbərdə bildirilir.
Açıqlamada o da qeyd edilib ki, hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edir.