Son yeniləmə: 13 Aprel 2021 12:39
Bayraqdar.info – Aprelin 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup media nümayəndəsinin işğaldan azad edilmiş Cəbrayıl və Qubadlı rayonlarına növbəti səfəri başlayıb. Bu barədə ETSN-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən xəbər verilib.
Qeyd edək ki, indilərdə tədbir iştiralkçıları Cəbrayıl rayonunun Böyük Mərcanlı və Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçirirlər.
“Səfərin məqsədi işğal dövründə Cəbrayıl və Qubadlı rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafızə olunan təbiət ərazilərinə, çaylara və digər təbii sərvətlərə baxışdır”, – deyə ETSN rəsmisi İradə İbrahimova bildirib. O qeyd edib ki, bu gün ermənilər tərəfindən məhv edilmiş meşə sahəsinin bərpası məqsədilə ağacəkmə aksiyası keçiriləcək.
İ.İbrahimova deyib ki, səfər zamanı Bərgüşad və Həkəri çaylarının birləşdiyi ərazidə körpə farel balıqlarının çaya buraxılması da baş tutacaq: “Bunda məqsəd ermənilərin törətdiyi ekoloji terrorun fəsadlarının tədricən aradan qaldırılmasına nail olmaqdır”.