Press "Enter" to skip to content

İranın dövlət televiziyasında Azərbaycan adına QADAĞA

Bayraqdar.info – İranın müxtəlif televiziya kanalları və mətbuat orqanlarında Azərbaycan adına yasaq qoyulub.

Bir sıra veriliş və proqramlarda əyalət adlarındakı “Azərbaycan” sözü “senzuradan keçmir”.

Hətta ən yüksək səviyyəli dövlət rəsmiləri də Azərbaycan adını çəkməkdən imtina edir.

Qeyd edək ki, ölkə prezidenti Həsən Ruhani Qərbi Azərbaycan əyalətinə səfəri zamanı Qərbi Azərbaycan əvəzinə “Urmiyə əyaləti” ifadəsi işlətmiş, bu isə azərbaycanlıların böyük narazılığına səbəb olmuşdu.

Bir sıra mətbuat orqanlarında, televiziya verilişlərində və yazışmalarda Qərbi və Şərqi Azərbaycan əyalətlərinin adları təhrif olunmuş formada- “Az Qərbi”, “Az Şərqi” kimi verilir. Bu da Güneydə ciddi narazılığa və müzakirələrə səbəb olub.

Güneyli sosial şəbəkə istifadəçiləri bu dəfə İran dövlət televiziyasının birinci kanalında verilişlərdən birinin sonunda Şərqi Azərbaycan əyalətinin adının “Təbriz əyaləti” kimi verilməsini tənqid ediblər.

Qeyd edək ki, İranda “Azərbaycan” adına qısqanc yanaşma 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra yaranıb.

O zamandan bu yana Tehran rejimi addım-addım Azərbaycan adını Güney Azərbaycan əyalətlərinin üzərindən götürməyə çalışır.

Qərbi Azərbaycana “Urmiyə əyaləti”, Şərqi Azərbaycana isə “Təbriz əyaləti” adı vermək Tehran hökumətinin köhnə arzularındandır.

İran hakimiyyətini narahat edən Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuz qazanması, Qarabağ probleminin həlli də daxil olmaqla bir çox uğurlara imza atmasıdır.

Tehranda Azərbaycan Respublikasının güclənməsini, demokratik dövlətə çevrilməsini İran üçün təhlükə hesab edirlər.

Hesab olunur ki, bu, Güney Azərbaycan türkləri içərisində özünüdərk prosesinə müsbət təsir edə, Milli Hərəkatın yeni dalğasının başlanmasına səbəb ola bilər.

Qaynaq: GunAz.TV

Mission News Theme by Compete Themes.