Bayraqdar.info – Aprelin 13-ü günün ikinci yarısında Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlib. Qonaq Bakı Hava Limanında protokola uyğun qarşılandıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevlə qeyri-rəsmi görüşə yollanıb.
Bu haqda xəbəri Belarus Prezidentinin mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, dövlət başçıları qeyri-rəsmi ortamda ikitərəfli işbirliyi məsələlərini müzakirə edir.
Aprelin 14-də Prezidentlərin başçılığı altında rəsmi görüşlər və danışıqlar keçiriləcək. Müzakirələrdən sonra ikitərəfli sənədlərin imzalanacağı da bildirilir.