Press "Enter" to skip to content

Türkiyəli araşdırmaçı yazar Hərbi Qənimətlər Parkı haqqında

Bayraqdar.info – “27 sentyabr səhəri başlayan 44 günlük Vətən müharibəsi necə Azərbaycanın və Türk dünyasının qədərini dəyişdirdisə, eləcə də bu gün Bakıda açılışını qürurla izlədiyimiz hərbi qənimətlər muzeyinin açılışı da Azərbaycanın qürurunu, azərbaycanlı olmanın qürurunu bir daha bizə yaşatdı. 44 günlük savaş zamanı ermənilərdən qənimət kimi alınan, dekabr ayında Bakıda keçirilən zəfər paradında böyük ruh yüksəkliyi ilə nümayiş etdirilən silahlara, texnikalara baxdıqca anlayırsan ki, əslində bu savaş elə belə sıradan bir savaş olmayıb. Və Azərbaycan ordusu 44 günlük savaş boyunca rəşadət göstərib və düşməni məhv edib. Dünya hərb tarixinə adını qızıl hərflərlə yazdıran şanlı ordumuz və onun Müzəffər Ali Baş Komandanı qarşısında baş əyməmək mümkün deyil.”

Bu sözləri qardaş Türkiyəli araşdırmaçı yazar, Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi Dr. Derya Akdemir bu gün Bakıda açılışı reallaşan Hərbi Qənimətlər Parkı haqqında fikirlərini bölüşərkən deyib. Dr. Derya Akdemir bildirib ki, bu gündən etibarən artıq Azərbaycana addımını atan hər kəs ilk növbədə şanlı Azərbaycan ordusunun qazandığı qələbənin əyani sübutu olan bu muzeyi ziyarət etmək istəyəcək. Onun sözlərinə görə, bu muzeyin var olması nə zamansa Azərbaycana qarşı səhv addım atmaq niyyətinə düşəcək revanşist ermənilərin öz məkrli niyyətlərindən vaz keçmələrinə səbəb olacaq: “Çünki onlar hər dəfə bu muzeyi görəndə, onun haqqında danışılanları eşidəndə istər-istəməz yadlarına şanlı Azərbaycan ordusunun məhv etdiyi həmvətənləri düşəcək və içlərində bir xof yaranacaq ki, dəmir yumruq hələ də var. Bu gün Azərbaycan sosial media kanallarında o qürurverici kadrları izlədikcə bir daha əmin oldum ki, Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir və onun gücünə güc qatan cənab Ali Baş Komandanı var. Biz də qardaş ölkənin vətəndaşları olaraq ancaq bununla qürur duyuruq. Çünki qardaşımın güclü olması regionda mənim də güclü olmağım deməkdir”.

Mission News Theme by Compete Themes.