Bayraqdar.info – “Sumqayıt”ın futbolçusu Xəyal Nəcəfov Premyer Liqada 100-cü oyununu keçirib.
Bu barədə Peşəkar Futbol Liqasının aprelin 12-də yaydığı açıqlamada deyilir. Bu, komandanın XXII turda “Qarabağ”a 1:4 hesabı ilə məğlub olduğu görüşə təsadüf edib.
“O, ölkə çempionatında yalnız bir klubun şərəfini qoruyub. Debütü 2014/2015 mövsümünə təsadüf edən Nəcəfov 100-cü çempionat matçını “Sumqayıt”da keçirib”, – deyə açıqlamada bildirilir.
Klubun xəbərində o da qeyd edilib ki, son toplanışlarda Azərbaycan millisinə dəvət alan yarımmüdafiəçi klub tarixinə Premyer Liqada 100 və daha çox matça çıxan 4-cü oyunçu kimi düşüb. X.Nəcəfova qədər Vurğun Hüseynov (178), Bəxtiyar Həsənalızadə (158) və Slavik Alxasov (126) buna nail olub.
Qeyd edək ki, X.Nəcəfov 100 matçda 2 qol vurub. O, Azərbaycan millisinə də dəvət olunur.