Bayraqdar.info – Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri şəhid ailələri ilə görüşüb.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görüş zamanı ailələrin sosial problemləri, qayğıları öyrənilərək onlarla söhbətlər aparılıb, şəhidlərimizin igidlik və şücaətlərindən danışılıb.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Məlumatda o da qeyd edilib ki, belə görüşlər şəhid ailələrinin problemlərini öyrənmək baxımından müntəzəm olacaq.