Press "Enter" to skip to content

Rasim Balayev, Anar, Osman Gündüz, Ofeliya Sənani və daha kimlər…

AZTV-nin Bədii Şurasında köklü dəyişiklik

Bayraqdar.info – “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində yaradılan Bədii Şuranın tərkibində dəyişiklik olub. Bu barədə aprelin 12-də qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib. Açıqlamada Şuranın yeni tərkibinə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Xalq yazıçısı Kamal Abdulla, Xalq artisti Rasim Balayev, Xalq artisti, tanınmış diktor Ofeliya Sənani, Bakı Dövlət Universiteti Jurnalistika Fakültəsinin nin dekanı Vüqar Əliyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, bəstəkar, Xalq artisti Eldar Mansurov, teatrşünas-tənqidçi, Əməkdar incəsənət xadimi İlham Rəhimlinin daxil olduğu bildirilir.

Az.TV-dən verilən məlumatda deyilir ki, Şuranın ilk iclası – aprelin 12-də QSC sədri Rövşən Məmmədovun rəhbərliyi ilə keçirilib. Sədr yeni layihələrlə bağlı məlumat verib. Bildirib ki, Şuranın üzərinə düşən əsas missiya Az.TV-nin nəzdində fəaliyyət göstərən kanalların işinə nəzər salmaq, mövcud olan çatışmazlıqları müzakirəyə çıxarmaqdır: “Bu gün Azərbaycan Televiziyasında aparılan islahatlar müasir tələblərə cavab versə də, biz üzərimizə götürdüyümüz öhdəliklərə nə dərəcədə əməl etdiyimizi kənar gözlərlə görmək istəyirik. Pandemiya şəraitini nəzərə alaraq Bədii Şura üzvləri ilə ayda bir dəfə iclas təşkil etmək olar”.

Qeyd edilir ki, telekanalın sədri Rövşən Məmmədov Azərbaycan Televiziyası, “Mədəniyyət” və “İdman” kanallarında yayımlanan verilişlərin daha effektiv olması məqsədilə Bədii Şura üzvlərinin müxtəlif bölgələrdə ictimaiyyətlə görüşlər keçirilməsinin əhəmiyyətini vurğulayıb. Daha sonra Bədii Şuranın yeni üzvləri təkliflərini səsləndiriblər.

Qərara alınlb ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq Bədii Şuranın iclasları ayda bir dəfə keçirilsin. Növbəti iclas may ayında keçiriləcək.

Mission News Theme by Compete Themes.